Misli Premyer Liqasının VII turunda keçirilən "Araz-Naxçıvan" - "Kəpəz" oyunundan sonra mətbuat konfransında baş məşqçi Yuri Maksimovun səsləndirdiyi fikirlər: "Oyuna yaxşı hazirlaşmışdıq. İstəyirdik qələbə qazanaq və turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıraq. Təəssüf ki, yenə öz səhvlərimizdən qollar buraxdıq. Halbuki hesabı bərabərləşdirmək, hətta qələbə qolunu vurmaq üçün imkanlarımız oldu.
Qarşıda "Sumqayıt"la oyunumuz var. Hücum fazasında bir qədər dəqiq oynamalı, müdafiədə səhvlərimizi azaltmalıyıq".